İngiltərədən 20 cavabsız qol
Milli komandalar

İngiltərədən 20 cavabsız qol

  • 2021-12-01

Qadınlardan ibarət milli komandaların DÇ-2023-ün seçmə mərhələ oyununda qeyri-adi hesab qeydə alınıb.

Latviyanı qəbul edən İngiltərə millisi 20 cavabsız qolla qalib gəlib. İngilislər ilk hissəni 8:0 öndə başa vurublar. İkinci hissədə isə meydan sahibləri rəqib qapısından daha 12 top keçirib.

Lauren Hemp poker edib. Bet Mit, Ellen Uayt və Allesiya Russo isə het-trikə imza atıb. Ümumilikdə 10 futbolçu fərqlənib.

Qeyd edək ki, İngiltərə millisi D qrupunda 18 xalla liderdir. 6 oyunun hamısında qalib gələn komanda qapısını toxunulmaz saxlamaqla 53 qol vurub.