Maskerano milli komandanı çalışdıracaq
Milli komandalar

Maskerano milli komandanı çalışdıracaq

  • 2021-12-01

"Barselona"nın sabiq futbolçusu Xavyer Maskerano karyerasını baş məşqçi kimi davam etdirəcək.

37 yaşlı veteran futbolçu Argentinanın U-20 millisini çalışdıracaq. Bu barədə Argentina mətbuatı məlumat yayıb.

Maskerano bu vəzifədə Fernando Batistanı əvəz edəcək. Batista isə Venesuela millisinə baş məşqçi təyin edilən Nestor Pakermanın köməkçisi təyin edilib.

Qeyd edək ki, 2003-2018-ci illərdə Argentina millisində çıxış edən Maskerano Avropada "Liverpul"da da oynayıb.