Oyunun ən yaxşısı  Corcinyo Veynaldum
Milli komandalar

Oyunun ən yaxşısı Corcinyo Veynaldum

  • 2021-06-21

Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda keçirilən Şimali Makedoniya - Niderland oyununun (0:3) ən yaxşı futbolçusu açıqlanıb.

UEFA-nın saytına əsasən, bu, Niderland millisinin üzvü Corcinyo Veynaldumdur. O, sözügedən görüşdə dubla (51, 58-ci dəqiqələ) imza atıb.

Qeyd edək ki, Niderland C qrupunu 9 xalla 1-ci pillədə başa vurub.