Benzema Anrinin rekordunu geridə qoydu
Milli komandalar

Benzema Anrinin rekordunu geridə qoydu

  • 2021-11-29

"Real"ın futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.

34 yaşlı hücumçu  La Liqanın 15-ci turunda evdə "Sevilya"ya qalib gəldikləri oyunda (2:1) buna nail olub.

32-ci dəqiqədə hesabı bərabərləşdirən Benzema klub karyerasında 361-ci qolunu vurub. Bununla da o, həmyerlisi Tyerri Anrini (360 qol) qabaqlayaraq, fransalı futbolçular arasında klub futbolu tarixinin bombardiri olub.

Benzema bu mövsüm Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 18 görüş keçirib və 16 qol vurub.