Qaret Sautqeytin Çexiya ilə oyun öncəsi açıqlaması
- 2021-06-21
"Bir neçə il əvvəl Çexiya ilə "Uembli" stadionunda qarşılaşmışdıq. O vaxtdan bəri komanda böyük irəliləyiş əldə edib. Onlar indi güclü komandadırlar ... Topu yaxşı tutur, təzyiq göstərirlər".
Bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda Çexiya ilə oyun öncəsi UEFA-nın saytına açıqlamasında deyib.
"Avro-2020"nin püşkatmasından sonra ətrafdakılar xorvatlar və şotlandlarla matçlar barədə danışmağa başladılar. Ən çətin oyunumuzun Çexiya ilə olacağını bilirdik və hiss edirdik. Bunu turnirdə indiyə qədər gördüyümüz hər şey sübut edir" - deyə o bildirib.
Q.Sautqeyt rəqibin təhlükəli oyunçulara sahib olduğunu söyləyib: "Onların müdafiə xəttini qırmaq bizim üçün yeni taktiki vəzifə olacaqdır. Eyni şey təkbətək qarşıdurmalara da aiddir. Bizə uğur qazanmaq lazımdır".
Xatırladaq ki, sabah keçiriləcək Çexiya - İngiltərə oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.