"DÇ-2022"də pley-off mərhələsinin püşkü atılır
Milli komandalar

"DÇ-2022"də pley-off mərhələsinin püşkü atılır

  • 2021-11-26

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İsveçrənin Sürix şəhərində təşkil ediləcək püşkatma saat 20:00-da başlayacaq. Tədbir İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq. 

İtaliya, Portuqaliya, Türkiyə, Rusiya və Ukraynanın da daxil olduğu 12 yığmanın diqqəti Sürixdə atılacaq püşkə yönələcək.

Bu dəfə püşkatmanın reqlametində dəyişiklik edilib. Səpələnmiş və səpələnməmiş səbətlərində yer alan 12 komanda A,B və C yoluna bölünüb. Hər qrupda 1 görüşdən ibarət yarımfinal və final oyunları keçiriləcək. Səpələnmişlərdə yer alan komandalar yarımfinal oyununu öz ölkəsində keçirəcək. Yarımfinal oyunları 24-25, final görüşləri isə 28-29 martda olacaq.

Mundialın final mərhələsinin püşkatma mərasimi isə apreldə olacaq.

Qeyd edək ki, bu dünya çempionatı futbolu tarixində ilk dəfə yay aylarında yox noyabr-dekabrda keçiriləcək.

Səpələnmişlər

Portuqaliya

Şotlandiya

İtaliya

Rusiya

İsveç

Uels

Səpələnməmişlər

Türkiyə

Polşa

Şimali Makedoniya

Ukrayna

Avstriya

Çexiya