Şotlandiya millisində koronavirus
Milli komandalar

Şotlandiya millisində koronavirus

  • 2021-06-21

Avro-2020-nin iştirakçılarından olan Şotlandiya millisi itki ilə üzləşib.

Bu barədə Şotlandiya Futbol Federasiyası məlumat yayıb. Yığmanın üzvü Billi Qilmor koronavirusa yoluxub. Buna görə də 20 yaşlı yarımmüdafiəçi komandanın növbəti matçını buraxacaq.

Qeyd edək ki, Şotlandiya millisi növbəti oyununu qrup mərhələsinin üçüncü turunda sabah Xorvatiyaya qarşı keçirəcək.