Avro-2020-ni erkən başa vurdu
- 2021-06-21
Fransa millisinin zədəli futbolçusu Usman Dembele üçün Avro-2020 erkən başa çatıb.
Dizində problem yaranan "Barselona"nın hücumçusunun son tibbi müayinəsindən sonra onun 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub. Bu isə 24 yaşlı hücumçu üçün qitə çempionatının sona çatması deməkdir.
Qeyd edək ki, Fransa millisi qrup mərhələsində sonuncu oyununu iyunun 23-də Portuqaliyaya qarşı keçirəcək.