Samuel Eto prezidentliyə namizəd oldu
- 2021-11-18
"Barselona"nın və "İnter"in sabiq hücumçusu Samuel Eto Kamerun Futbol Federasiyasının prezidentliyinə namizəd olub.
Bu barədə o, özünün "İnstaqram" səhifəsində yazıb: "Mən Kamerun Futbol Federasiyasına qarşıdan gələn prezident seçkilərində namizədliyimi rəsmən elan etmişəm.
Bu mənim üçün böyük şərəfdir. Ümid edirəm ki, federasiyada islahatlara kömək edə biləcəyəm və sevimli idman növümüzü yeni səviyyəyə qaldıra biləcəyəm.
Eto dörd dəfə Afrikada ilin ən yaxşı oyunçusu seçilib. O, həmçinin 118 oyunda 56 qol vuraraq Kamerun millisinin ən yaxşı bombardiridir.