Millimiz ən zəiflər sırasında
Milli komandalar

Millimiz ən zəiflər sırasında

  • 2021-11-17

UEFA "DÇ-2022"nin Avropa zonası üzrə seçmə mərhələsinin qrup oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

Qurumun saytına istinadən, A qrupunda 1 xalla sonuncu olan Azərbaycan millisi bir çox göstəricilərdə ən zəiflər sırasında yer alıb. Millimiz seçmə mərhələdə qələbə qazana bilməyən 6 komandadan biridir. Qalib gələ bilməyən digər yığmalar Qazaxıstan, San Marino, Cəbəllütariq, Moldova və Lixtenşteyndir.

Canni De Byazinin baş məşqçisi olduğu komanda 5 komandalı qruplarda ən çox uduzan üç komandadan biridir Yığmamız Belarus və Litva ilə yanaşı, keçirdiyi 8 matçın 7-də məğlub olub. 55 yığmadan yalnız Cəbəllütariq və San Marino bütün görüşlərdə uduzub Azərbaycan, Moldova və Lixtenşteyn isə 1 oyuna heç- heçə edə bilib.
 
Seçmə mərhələni 5 qolla tamamlayan yığmamız ən məhsuldar 50-ci komandadır. Futbolçularımız yalnız San Marino (1 qol), Lixtenşteyn (2), Litva (4), Kipr (4) və Cəbəllütariqi (4) qabaqlayır.
 
Millimizi çərçivəyə dəqiq zərbə sayında da ən zəiflər sırasındadır. Yığmamız 17 zərbə yerinə yetirib. Təkcə, San Marino (8), Lixtenşteyn (9) və Cəbəllütariq (10) bizdən az qol imkanı yaradıb.