Pley-off mərhələsində səbətlərin tərkibi bilindi
Milli komandalar

Pley-off mərhələsində səbətlərin tərkibi bilindi

  • 2021-11-17

"DÇ-2022"nin Avropa zonası üzrə pley-off mərhələsinin püşkatmasının səbətləri bəlli olub.

Noyabrın 26-da keçiriləcək püşkatmada komandalar iki səbətə bölünəcək.

10 qrup ikincisi arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmiş səbətinə düşüb. Bu komandalar pley-off matçlarında ev sahibi olacaqlar

Digər 4 qrup ikincisi isə səpələnməyib. Millətlər Liqasının qrup qalibi kimi vəsiqə qazanan iki komanda da bu səbətə daxil edilib.

Qardaş Türkiyə millisi də səpələnməyib. Buna görə də "ay-ulduzlular"ı səfərdə çətin oyun gözləyir.

Qeyd edək ki, 3 "dörlüy"ə bölünəcək komandalar gələn il martın 24-25-də yarımfinal, 28-29-da final matçlarını keçirəcək. Yarımfinal görüşləri səpələnmiş komandaların meydanında keçiriləcək. Finalın meydan sahibləri püşkatmada bəlli olacaq.

Səpələnmişlər

Portuqaliya
Şotlandiya
İtaliya
Rusiya
İsveç
Uels

Səpələnməmişlər

Türkiyə
Polşa
Şimali Makedoniya
Ukrayna
Avstriya
Çexiya