Argentina millisi "DÇ-2022"nin finalında
Milli komandalar

Argentina millisi "DÇ-2022"nin finalında

  • 2021-11-17

"DÇ-2022"nin Cənubi Amerika üzrə seçmə mərhələsində 14-cü tura yekun vurulub.

Görüşlərin nəticəsində Argentina millisi turnirin finalında iştirakını təmin edib.

Argentinalılar Braziliya yığması ilə heç-heçə (0:0) ediblər, Boliviya yığması Uruqvay seçməsini (3:0), Peru millisi Venesuelanı (2:1), Ekvador Çilini (2:0) məğlub edib. Kolumbiyalılarla paraqvaylılar arasında keçirilən oyun 0:0 hesabı ilə başa çatıb.

Qaydalara əsasən, ən yaxşı 4 komanda dünya çempionatının final mərhələsinə yüksələcək, beşinci yeri tutan komanda digər konfederasiyaların nümayəndələri ilə pley-offda iştirak edəcək. Argentina yığması qrupda 13 oyunda 29 xalla qrupda ikinci, Ekvador (23 xal) üçüncüdür. Dördüncü və beşinci yerləri tutan kolumbiyalılar və perulular (hər iki yığma 17 xal toplayıb) hərəyə 14 görüş keçiriblər və növbəti mərhələdə bir-biri ilə qarşılaşacaqlar. Beləliklə Argentina millisi qrupda dördüncü pilləyə enməyəcək.

Qeyd edək ki, daha əvvəl Belçika, Braziliya, Almaniya, İspaniya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə, Danimarka, İngiltərə, Niderland komandaları da turnirin final hissəsinə vəsiqə qazanıblar. Qətər millisi dünya çempionatında turnirin ev sahibi kimi iştirak edəcək.

Kateqoriyalar