"DÇ-2022"nin seçmə mərhələsinə yekun vuruldu
Milli komandalar

"DÇ-2022"nin seçmə mərhələsinə yekun vuruldu

  • 2021-11-17

Dünən DÇ-2022-nin seçmə mərhələsinə yekun vurulub.

10-cu turun son oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş keçirilib. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan son komandalar bəlli olub.

D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edib və rəqibinə uduzub. Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olub. 2:0 hesablı qələbə ilə xallarını sayını 12-ə çatdıran ukraynalılar pley-offa yüksəlib.

E qrupunda final mərhələsinə birbaşa yollanacağı dəqiqləşən Belçika səfərdə Uelslə qarşılaşıb. Oyunda bərabərlik qeydə alınıb. Çexiya yığması isə evdə Estoniya ilə üz-üzə gəlib. Uels və Çexiya kollektivləri qrupda 2-ci yer uğrunda mübarizə aparsalar da, UEFA Millətlər Liqasından pley-offa vəsiqəni təmin ediblər.

G qrupunda 20 xalla qrupa başçılıq edən Niderland millisi evdə Norveçi sınağa çəkib. Qələbə qazanaraq xallarının sayını 23-ə yüksəldən "narıncılar" final mərhələsinə vəsiqə qazanıblar. Digər matçda isə Türkiyə seçməsi səfərdə Monteneqro ilə qarşılaşıb. Qardaş ölkə komandası əzmkar qələbə ilə (2:1) pley-offa yüksəlib.

DÇ-2022, seçmə mərhələ
10-cu tur
16 noyabr

D qrupu

23:45. Finlandiya - Fransa - 0:2

Qollar: Kərim Benzema, 66, Kilian Mbappe, 76

23:45. Bosniya və Herseqovina - Ukrayna - 0:2

Qollar: Aleksandr Zinçenko, 59, Artyom Dovbik, 79

E qrupu

23:45. Uels - Belçika - 1:1

Qollar: Kiffer Mur, 32 - Kevin De Brüyne, 12

23:45. Çexiya - Estoniya - 2:0

Qollar: Yakub Brabets, 59, Yan Sikora, 85

G qrupu

23:45. Cəbəllütariq - Latviya - 1:3

Qollar: Liam Uoker, 7 - Vladislav Qutkovski, 25, Roberts Uldrikis, 55, Raymonds Krollis, 75

23:45. Monteneqro - Türkiyə - 1:2

Qollar: Fatos Beçiray, 4 - Kerem Aktürkoğlu, 22, Orkun Kökçü, 60

23:45. Niderland - Norveç - 2:0

Qollar: Stiven Berqveyn, 84, Memfis Depay, 90+1