Van Qal texniki zonada olmayacaq
Milli komandalar

Van Qal texniki zonada olmayacaq

  • 2021-11-16

DÇ-2022-nin seçmə mərhələsində Norveçlə qarşılaşacaq Niderland millisi oyuna baş məşqçisiz çıxacaq.

Niderland mətbuatının yaydığı məlumata görə, yığmanının çalışdırıcısı Lui Van Qal 2 gün öncə məşqdən otelə qayıdarkən velosiped qəzası keçirib.

Buna görə də o, Norveçlə görüşdə texniki zonada yer ala bilməyəcək. Qarşılaşmanı tribunadan izləyəcək Van Qal  tapşırıqlarını köməkçiləri vasitəsilə futbolçulara çatdıracaq.
 
Qeyd edək ki, Niderland - Norveç matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.