Serbiya millisindən təqdirəlayiq addım
- 2021-11-16
Serbiya millisinin futbolçuları DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanmaqları münasibəti ilə onlara ayrılan mükafatı xeyriyyə fonduna ianə ediblər.
Xarici KİV-lərə istinadən, oyunçular 1 milyon avroluq mükafatı xəstə uşaqlara yardım üçün istifadəsinə qərar veriblər.
Qeyd edək ki, Serbiyanın prezidenti Aleksandar Vuçiç millinin futbolçularına 1 milyon avro mükafat vəd edib.
Xatırladaq ki, Serbiya A qrupunu 1-ci pillədə başa vurub.