Keyn 113 illik rekordu qırdı
- 2021-11-16
İngiltərə millisinin futbolçusu Harri Keyn yığmada yeni rekorda imza atıb.
"Daily Mail"ə istinadən, 28 yaşlı hücumçu buna DÇ-2022-nin seçmə mərhələsində San Marino ilə görüşdə (10:0) poker etməklə nail olub. Keyn 2021-ci ildə millidə vurduğu qolların sayını 16-ya çatdırıb. Beləliklə, o, İngiltərə yığmasında 1 ildə ən çox qol vuran futbolçu adını qazanıb.
Daha əvvəlki rekord Corc Hilsdon və Diksi Dinə məxsus idi – 12 qol.
Qeyd edək ki, Keyn 2015-ci ildən İngiltərə millisində oynayır.