"DÇ-2022"nin seçmə mərhələsinə yekun vurulur
- 2021-11-16
Bu gün DÇ-2022-nin seçmə mərhələsinə yekun vurulacaq.
10-cu turda son oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş keçiriləcək. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan son komandalar bəlli olacaq.
D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edəcək. Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olacaq. Aleksandr Petrakovun rəhbərlik etdiyi kollektiv pley-offa adlamaq üçün səfərdə qələbə qazanmaqla yanaşı, finlandiyalıların xal itirməsini gözləməlidir.
E qrupunda final mərhələsinə birbaşa yollanacağı dəqiqləşən Belçika səfərdə Uelslə qarşılaşacaq. Çexiya yığması isə evdə Estoniya ilə üz-üzə gələcək. Uels və Çexiya kollektivləri qrupda 2-ci yer uğrunda mübarizə aparsalar da, UEFA Millətlər Liqasından pley-offa vəsiqəni təmin ediblər.
G qrupunda olacaq 20 xalla qrupa başçılıq edən Niderland millisi evdə Norveçi sınağa çəkəcək. Digər matçda isə Türkiyə seçməsi səfərdə Monteneqro ilə qarşılaşacaq.
DÇ-2022, seçmə mərhələ
10-cu tur
16 noyabr
D qrupu
23:45. Finlandiya - Fransa
23:45. Bosniya və Herseqovina - Ukrayna
E qrupu
23:45. Uels - Belçika
23:45. Çexiya - Estoniya
G qrupu
23:45. Cəbəllütariq - Latviya
23:45. Monteneqro - Türkiyə
23:45. Niderland - Norveç
Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşib.