Neymar Argentinaya qarşı oynamayacaq
Milli komandalar

Neymar Argentinaya qarşı oynamayacaq

  • 2021-11-16

Braziliya millisinin hücumçusu Neymar DÇ-2022-nin seçmə mərhələsində Argentinaya qarşı oynaya bilməyəcək .

"Globo Esporte"yə istinadən, "PSJ"nin futbolçusunun əzələlərində problem yaranıb və bu səbəbdən o, Argentinaya uçmayıb.

Neymar narahatlığını məşqçilər heyətinə bildirib. Braziliya artıq dünya çempionatına yüksəldiyindən və Paris klubunun qarşıda Çempionlar Liqasında "Mançester Siti" ilə vacib oyunu olduğundan futbolçunun heyətə daxil edilməməsinə qərar verilib.

Braziliya və Argentina yığmaları noyabrın 17-də qarşılaşacaqlar.