"DÇ-2022"də 10-cu tur davam edir
Milli komandalar

"DÇ-2022"də 10-cu tur davam edir

  • 2021-11-15

DÇ-2022-nin seçmə mərhələsində 10-cu tur davam edir. 

Bu gün daha 8 qarşılaşma keçiriləcək. 

C qrupunda İtaliya millisi səfərdə Şimali İrlandiya ilə, İsveçrə isə evdə Bolqarıstanla qarşılaşacaq. İtaliya hazırda yalnız top fərqinə görə isveçrəliləri üstələyir. 

İ qrupunda İngiltərə San Marinonun qonağı olacaq. Britaniyalıları heç-heçə də qane edəcək. İkinci yerdəki Polşa yığması isə mundiala birbaşa vəsiqə üçün evdə Macarıstana böyük hesabla qalib gəlib, İngiltərənin San Marinoya uduzmasını gözləməlidir. Albaniya - Andorra görüşü ilə yanaşı, bu matçın nəticəsi həm də 3-cü yerin taleyinə aydınlıq gətirəcək.

DÇ-2022, seçmə mərhələ
10-cu tur
15 noyabr

C qrupu

23:45. Şimali İrlandiya - İtaliya

23:45. İsveçrə - Bolqarıstan

F qrupu

23:45. İsrail - Farer adaları

23:45. Şotlandiya - Danimarka

23:45. Avstriya - Moldova

İ qrupu

23:45. San Marino - İngiltərə

23:45. Albaniya - Andorra

23:45. Polşa - Macarıstan

Qeyd edək ki, daha əvvəl  Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya və İspaniya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya və Şimali Makedoniya millilərinin çıxış edəcəkləri dəqiqləşib.