Bakıdakı oyunun ən yaxşısı
- 2021-06-20
Avro-2020-nin A qrupunun Bakıda keçirilən İsveçrə - Türkiyə matçının ən yaxşı futbolçusu müəyyənləşib.
İsveçrə yığmasının yarımmüdafiəçisi Cerdan Şakiri bu ada layiq görülüb.
29 yaşlı futbolçu 3:1 hesabı ilə qalib gəldikləri oyunda dubl edib. O, görüşün 26 və 68-ci dəqiqələrində fərqlənib.