Xorvatiya – Rusiya matçından əvvəl insident
- 2021-11-14
"DÇ-2022"nin seçmə mərhələsində bu gün keçiriləcək Xorvatiya - Rusiya oyundan əvvəl insident baş verib.
"Sport-express" nəşrinə istinadən, Xorvatiya polisi Splitdə qonaq komandanın azarkeşlərinin olduğu barı mühasirəyə alıblar. Əyləncə məkanına giriş-çıxışa icazə verilmir.
Bu addımın hansı səbəbdən atıldığı hələ ki, məlum deyil.
Qeyd edək ki, Xorvatiya – Rusiya matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.