"PSJ"dən Argentina millisinə ultimatum
- 2021-11-14
"PSJ" rəhbərliyi Argentina millisinə Lionel Messinin yığmada oynama müddəti ilə bağlı ultimatum verib.
Bu barədə "Marca" nəşri məlumat yayıb. Bildirilib ki, "PSJ" Messini milliyə oyun müddətinə limit qoymaq şərti ilə buraxmağa razılaşıb.
Klub və federasiya arasında şifahi razılaşmaya əsasən, 34 yaşlı oyunçu meydanda 20 dəqiqədən çox ola bilməz. Belə ki, DÇ-2022-nin seçmə mərhələsində Uruqvay millisi ilə görüşdə (1:0) Messi matçın 76-cı dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, Messi zədə səbəbindən "PSJ"nin son iki oyununu buraxmışdı.
Xatırladaq ki, Argentina növbəti oyununu noyabrın 17-i Braziliyaya qarşı keçirəcək.