Günün oyunları
Milli komandalar

Günün oyunları

  • 2021-11-14

Bu gün DÇ-2022-nin seçmə seçmə mərhələsində 10-cu tura start veriləcək.

İlk oyun günün 4 qrupda 10 qarşılaşma keçiriləcək.

A qrupunda Portuqaliya Serbiyanı qəbul edəcək. Serbiya finala vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır, Portuqaliyaya isə heç-heçə də sərf edəcək. Qrupun digər matçında Lüksemburq İrlandiyanı qəbul edəcək.

B qrupunda İsveç İspaniyanın, Kosovo Yunanıstanın qonağı olacaq. Skandinaviyalılar DÇ-2022-də iştirakı rəsmiləşdirmək üçün 3 qat Avropa çempionuna qalib gəlməlidirlər. Meydan sahibləri bərabərlik sayəsində də istəyinə çatacaq.

H qrupun əhəmiyyəti oyunu Xorvatiya və Rusiya komandaları arasında olacaq. Xorvatiyalılar yalnız doğma meydanda qələbə qazansa, mundialda iştirakı təmin edəcək.

J qrupunda Lixtenşteyn Rumıniyanı, Şimali Makedoniya İslandiyanı, Ermənistan isə Almaniyanı qəbul edəcək. Almaniya vaxtından əvvəl qrup liderliyini rəsmiləşdirib. Şimali Makedoniya qələbə qazansa, digər oyunların nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.

DÇ-2022, seçmə mərhələ
10-cu tur
14 noyabr

A qrupu

23:45. Lüksemburq - İrlandiya

23:45. Portuqaliya - Serbiya

B qrupu

23:45. Yunanıstan - Kosovo

23:45. İspaniya - İsveç

H qrupu

18:00. Malta - Slovakiya

18:00. Sloveniya - Kipr

18:00. Xorvatiya - Rusiya

J qrupu

21:00. Lixtenşteyn - Rumıniya

21:00. Şimali Makedoniya - İslandiya

21:00. Ermənistan - Almaniya