Milli komandalar

Argentina Uruqvaya qalib gəldi - Video

  • 2021-11-13

Argentina millisi DÇ-2022-nin seçmə mərhələsinin 13-cü turunda Uruqvaya qalib gəlib.

Montevideoda "Kampeon del Siglio" stadionunda keçirilən görüş qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qəlbə qolunu 7-ci dəqiqədə Anxel Di Mariya vurub.

Uruqvay - Argentina - 1:0
Qol: 
Anxel Di Mariya, 7

Bu qələbə ilə xalını 28-ə yüksəldən Argentina turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.Uruqvay 16 xalla 6-cıdır. Turnir cədvəlinə 34 xalla Braziliya başçılıq edir.