9-cu turun növbəti matçları keçirilib
Milli komandalar

9-cu turun növbəti matçları keçirilib

  • 2021-11-13

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 9-cu turun növbəti matçları keçirilib.

İkinci oyun günündə 3 qrupda 8 qarşılaşma olub.

C qrupunda qrup liderləri - İtaliya və İsveçrə üz-üzə gəlib. Görüş 1:1 hesablı ilə başa çatıb. Qrupun digər oyununda isə Litva səfərdə Şimali İrlandiyaya minimal hesabla uduzub -0:1. Bu qrupdan İtaliya və İsveçrə ən azı pley-offda iştirak hüququ əldə edib.

F qrupunda Danimarka yığması DÇ-2022-də yerini vaxtından əvvət təmin edib. Şotlandiya Moldova səfərində 2:0 hesabı ilə qalib gələrək qrupda ikinci pilləni rəsmiləşdirib.

I qrupunda isə İngiltərə  Albaniyanı 5:0 hesabı ilə məğlub etsə də, mundiala birbaşa vəsiqə qazana bilməyib. Çünki  Polşa Andorraya 4:2 hesabı ilə qalib gəlib.  Buna baxmayaraq, İngiltərə və Polşa ilk 2 pilləni təmin edərək ən azı pley-offa yüksəlib.

12 noyabr

DÇ-2022, seçmə mərhələ

9-cu tur

C qrupu

C qrupu

Şimali İrlandiya – Litva - 1:0
Qol:
 Satkus, 18-avtoqol

İtaliya – İsveçrə - 1:1
Qol: D
i Lorenso, 36 – Vidmer, 11

Xal durumu: İtaliya 15, İsveçrə – 15, Bolqarıstan – 8, Şimali İrlandiya – 8, Litva – 3

F qrupu

Moldova – Şotlandiya - 0:2
Qol
: Patterson, 38, Adams, 65

Danimarka – Farer adaları - 3:1
Qol
: Olsen, 18, Larsen, 63, Mehle, 90+3 – K.Olsen, 90

Avstriya – İsrail - 4:2
Qol:
 Arnautoviç, 51, Şaub, 62, 72, Sabitzer, 84 – Bitton, 33, Perets, 59

Xal durumu: Danimarka – 27, Şotlandiya – 20, İsrail – 13, Avstriya – 13, Farer adaları – 4, Moldova – 1

I qrupu

Andorra – Polşa - 1:4
Qol: 
Vales, 45 – Levandovski, 5, 73, Yuzvyak, 11, Milik, 45+2

Macarıstan – San Marino - 4:0
Qol:
 Soboslai, 6, 83, Qazdaq, 22, Veçsei, 88

İngiltərə – Albaniya - 5:0
Qo
l: Maquayr, 9, Keyn, 18, 33, 45+2, C.Henderson, 28

Xal durumu: İngiltərə – 23, Polşa – 20, Albaniya – 15, Macarıstan – 14, Andorra – 6, San Marino – 0.