Ronaldodan balaca azarkeşə hədiyyə
Milli komandalar

Ronaldodan balaca azarkeşə hədiyyə

  • 2021-11-12

DÇ-2022-nin seçmə mərhələsində keçirilən İrlandiya - Portuqaliya matçından sonra maraqlı anlar yaşanıb. 

Final fitindən dərhal sonra azyaşlı qız Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonu qucaqlamaq üçün meydana girib.

Hücumçu balaca fanatı öpüb və futbolkasını ona bağışlayıb. 

Qeyd edək ki, İrlandiya - Portuqaliya matçı qolsuz bərabərliklə başa çatıb.