İtaliya futbol tarixinin rəmzi komandası
Milli komandalar

İtaliya futbol tarixinin rəmzi komandası

  • 2021-11-12

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) İtaliya futbol tarixinin rəmzi komandasını açıqlayıb.

Heyətdə, hazırda karyerasını davam etdirənlərdən yalnız Canluici Buffonun adı yer alıb: 

Alessandro Nesta, Fabio Kannavaro, Andrea Pirlo B komandasına, Paolo Rossi C komandasına daxil edilib.

Alessandro Del Piero və Françesko Totti siyahıya daxil edilməyib.

Qapıçı: Canluici Buffon;

Müdafiəçilər: Franko Barezi, Paolo Maldini, Cüzeppe Berqomi, Qaetano Şirea, Cakinto Fakketti;

Yarımmüdafiəçilər: Marko Tardelli, Sandro Matsola, Canni Rivera;

Hücumçular: Cüzeppe Meatsa, Roberto Bacco.