Flik Almaniya millisinin tarixinə düşdü
Milli komandalar

Flik Almaniya millisinin tarixinə düşdü

  • 2021-11-12

DÇ-2022-nin seçmə mərhələsində Lixtenşteyni 9 cavabsız qolla məğlub etdikləri oyun Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik üçün əlamətdar olub.

56 yaşlı mütəxəssis milli komanda ilə ilk 6 oyunda qalib gələn baş məşqçi kimi yığmanın tarixinə düşüb.

Bundan başqa, Almaniya millisi 52 ildən sonra dünya çempionatlarının seçmə oyununda 9 qol vurub. 

Xatırladaq ki, Almaniya millisi Qətərdə keçiriləcək dünya çempionatına vəsiqəni 8-ci turda təmin edib.