"DÇ-2022"də günün oyunları
Milli komandalar

"DÇ-2022"də günün oyunları

  • 2021-11-12

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 9-cu turun növbəti matçları keçiriləcək.

İkinci oyun günündə 3 qrupda 8 qarşılaşma olacaq.

C qrupunda qrup liderləri - İtaliya və İsveçrə üz-üzə gələcək. Qrupun digər görüşündə Litva Şimali İrlandiyanın qonağı olacaq.

F qrupunda Danimarka yığması DÇ-2022-də yerini vaxtından əvvət təmin edib. Şotlandiya Moldova səfərində 3 xal qazansa, Avstriya - İsrail qarşılaşmasının nəticəsindən asılı olmayaraq, qrupda ikinci pilləni rəsmiləşdirəcək.

I qrupunda isə İngiltərə mundiala vəsiqə qazana bilər. Britaniyalılar bunun üçün Albaniyanı məğlub etməli və Polşanın Andorra səfərində xal itirməsini gözləməlidir.

12 noyabr

DÇ-2022, seçmə mərhələ

9-cu tur

C qrupu

23:45. Şimali İrlandiya - Litva

23:45. İtaliya - İsveçrə

F qrupu

21:00. Moldova - Şotlandiya

23:45. Danimarka - Şimali İrlandiya

23:45. Avstriya - İsrail

I qrupu

23:45. Andorra - Polşa

23:45. Macarıstan - San Marino

23:45. İngiltərə - Albaniya