Braziliya dünya çempionatına vəsiqəni təmin etdi
Milli komandalar

Braziliya dünya çempionatına vəsiqəni təmin etdi

  • 2021-11-12

Braziliya millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Komanda 13-cü turda evdə Kolumbiya millisinə 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə qolu 72-ci dəqiqədə Lukas Paketa vurub.

Bununla da, seçmə mərhələnin 12 oyununda 11-ci qələbəsini qazanan Braziliya millisi dünya çempionatının final mərhələsinə vəsiqə əldə edib. Komanda 34 xalla turnir cədvəlində liderdir.

Titenin çalışdırdığı Braziliya yığması Almaniya, Danimarka və ev sahibi Qətərdən sonra mundiala qatılacağı dəqiqləşən 4-cü komanda olub.