Millimizə qalib gəlməklə iki rekorda imza atdılar
Milli komandalar

Millimizə qalib gəlməklə iki rekorda imza atdılar

  • 2021-11-12

Lüksemburq yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qalib gəlməklə iki rekorda imza atıb.

Sözügedən komanda 3:1 hesablı qələbə sayəsində H qrupunda xallarının sayını 9-a çatdırıb. Bununla da Lüksemburq dünya çempionatlarının seçmə mərhələlərində xal rekordunu yeniləyib. Yığma DÇ-2014 və DÇ-2018-in seçmə mərhələsini 6 xalla başa vurub.

Həmçinin Lüksemburq hər iki turnirdə indikinə nisbətən daha az qol vurulub. Komanda 2014-cü il mundialından əvvəl seçmə oyunlarda 7, növbətisində isə 8 dəfə fərqlənib. Lüksemburq millisi DÇ-2022-nin seçmə mərhələsində rəqib qapılarından 8-ci top keçirməklə DÇ-2018 rekordunu təkrarlayıb.