"DÇ-2022"də dünənin nəticələri
Milli komandalar

"DÇ-2022"də dünənin nəticələri

  • 2021-11-12

Dünən DÇ-2022-nin seçmə mərhələsində 9-cu tura start verilib.

İlk oyun günündə 4 qrupda 10 qarşılaşma keçirilib.

Millimiz A qrupundakı sonuncu matçında Lüksemburqu qəbul edib və 1:3 hesabı ilə uduzub. Qrupun digər görüşündə isə Portuqaliya İrlandiya ilə heç-heçə edib.

B qrupunda Gürcüstan millisi İsveç üzərində qələbə qazanıb. İspaniya yığması səfərdə Yunanıstanı minimal hesabla üstələyib. 

H qrupunda Rusiya yığması evdə Kipri 6:0 hesabı ilə darmadağın edərək, final vəsiqəsinə birbaşa vəsiqəni böyük ölçüdə təmin edib. Xorvatiya isə Maltanı darmadağın edib - 7:1. Slovakiya Sloveniya ilə heç-heçə edib - 2:2. 

J qrupunda isə Almaniya seçməsi evdə Lixtenşteynin qapısından 9 cavabsız top keçirib. Ermənistan evdə Şimali Makedoniyaya 0:5 hesabı ilə uduzaraq, pley-off ümidlərini böyük ölçüdə itirib. Rumıniya isə İslandiya ilə heç-heçə edib. 

DÇ-2022, seçmə mərhələ
9-cu tur
11 noyabr

A qrupu

21:00. Azərbaycan - Lüksemburq - 1:3

Qollar: Azər Salahlı, 82 - Gerson Rodriges, 67; 90+1. Sebastyan Till, 78 

23:45. İrlandiya - Portuqaliya - 0:0

B qrupu

21:00. Gürcüstan - İsveç - 2:0

Qollar: Xviça Kvaratsxeliya, 61; 77 

23:45. Yunanıstan - İspaniya - 0:1

Qol: Pablo Sarabia, 26 (pen.) 

H qrupu

21:00. Rusiya - Kipr - 6:0

Qollar: Aleksandr Yeroxin, 4; 87. Fyodor Smolov, 55. Andrey Mostovoy, 56. Aleksey Sutormin, 62. Anton Zabolotnı, 82

23:45. Malta - Xorvatiya - 1:7

Qollar: Marselo Brozoviç, 31 (öz qapısına) - İvan Perişiç, 6. Duye Çaleta-Tsar, 22. Mario Paşaliç, 39. Luka Modriç, 45+1. Lovro Mayer, 47; 64. Andrey Kramariç, 53

23:45. Slovakiya - Sloveniya - 2:2

Qollar: Ondrey Duda, 58 (pen.), David Strelets, 74 - Miha Zayts, 18. Miha Mevlya, 62

J qrupu

21:00. Ermənistan - Şimali Makedoniya - 0:5
Qollar: Aleksandar Traykovski, 22. Enis Bardi, 36; 67 (pen.); 90 (pen.). Milan Ristovski, 79 

23:45. Rumıniya - İslandiya - 0:0

23:45. Almaniya - Lixtenşteyn - 9:0

Qollar: İlkay Gündoğan, 11 (pen.). Daniel Kaufmann, 20 (öz qapısına). Leroy Sane, 22; 49. Marko Röys, 23, Tomas Müller, 76; 86, Bote Baku, 80, Maksimilian Göppel, 89 (avtoqol)