Millimiz yenə uduzdu
- 2021-11-11
Milli komandamız bu gün DÇ-2022-nin seçmə mərhələsində son oyununa çıxıb.
Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Bakıda Lüksemburq yığmasını qəbul edib.
Millimiz səfərdə 1:2 hesabı ilə uduzduğu rəqibindən xal almağa çalışsa da, alınmayıb. 1:3 hesabı ilə uduzan yığmamız seçmə mərhələni məğlubiyyətlə başa vurub. Millimiz cəmi 1 xalla qrup sonuncusu olub.
Qrupun digər oyununda İrlandiya Portuqaliyanı qəbul edəcək.
11 noyabr
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
21:00. Azərbaycan - Lüksemburq - 1:3
Qol: Rodrigeş, 67 (0:1), Till, 78 (0:2), Azər Salahlı, 83 (1:2), Rodrigeş, 90+1 (1:3)
Qırmızı vərəqə: Tellur Mütəllimov, 21 (Azərbaycan)
Baş hakim: Manuel Şüttenqruber (Avstriya)
Bakı Olimpiya Stadionu