9-cu tura start verilir
Milli komandalar

9-cu tura start verilir

  • 2021-11-11

Bu gün DÇ-2022-nin seçmə mərhələsində 9-cu tura start veriləcək.

İlk oyun günündə 4 qrupda 10 qarşılaşma keçiriləcək.

Millimiz A qrupundakı sonuncu matçında Lüksemburqu qəbul edəcək. Qrupun digər görüşündə isə Portuqaliya İrlandiyanın qonağı olacaq. Bu qrupda yer alan Serbiya yığması isə Qətərlə yoldaşlıq görüşündə qarşılaşacaq.

B qrupunun lideri İsveç Gürcüstanla, İspaniya isə Yunanıstanla üz-üzə gələcək. İsveç qələbə qazansa, final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Bunun üçün İspaniya Yunanıstan səfərində xal itirməlidir.

H qrupundakı Rusiya da DÇ-2022-də iştirakı rəsmiləşdirə bilər. Valeri Karpinin baş məşqçi olduğu komanda bundan ötrü evdə Kipri məğlub etməli və Xorvatiyanın Malta səfərində büdrəməsini gözləməlidir.

Bu gün meydana çıxacaq komandalardan hələlik J qrupunda Almaniya millisi mundiala vəsiqə qazanıb.

DÇ-2022, seçmə mərhələ
9-cu tur
11 noyabr

A qrupu

21:00. Azərbaycan - Lüksemburq

23:45. İrlandiya - Portuqaliya

B qrupu

21:00. Gürcüstan - İsveç

23:45. Yunanıstan - İspaniya

H qrupu

21:00. Rusiya - Kipr

23:45. Malta - Xorvatiya

23:45. Slovakiya - Sloveniya

J qrupu

21:00. Ermənistan - Şimali Makedoniya

23:45. Rumıniya - İslandiya

23:45. Almaniya - Lixtenşteyn