Almaniya millisi Avropanın böyük turnirlərdə 300 qol həddini aşan ilk yığması adını qazanıb.
Komanda buna ötən gün Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Portuqaliya ilə matçda nail olub. Milli rəqibini 4 dəfə məyus etməklə dünya və Avropa miqyaslı yarışlarda vurduğu qolların sayını 302-ə yüksəldib. Bununla da Almaniya millisi Avropanın böyük turnirlərdə 300 qol hədddini aşan ilk komandası adını qazanıb.
Qeyd edək ki, Almaniya növbəti oyununu iyunun 23-də Macarıstana qarşı keçirəcək.