Benzema millidən qovulmayacaq
- 2021-11-11
Fransa millisinin və "Real"ın futbolçusu Kərim Benzemanın Matteyis Valbuenanı şantaj etməsi ilə bağlı məhkəmənin qərarı onun yığma komandadakı karyerasına təsir göstərməyəcək.
Bu barədə Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrö danışıb. O istənilən halda 33 yaşlı hücumçunun millidən qovulmayacağını bildirib.
Məsələ ilə əlaqədar məhkəmənin qərarı noyabrın 24-də açıqlanacaq.
Benzema yığmadakı sabiq komanda yoldaşı Matye Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılmışdı. Daha sonra o, Avro-2020-yə görə yenidən milliyə çağırılıb.