Almaniya millisi itki ilə üzləşib
Milli komandalar

Almaniya millisi itki ilə üzləşib

  • 2021-11-11

Almaniya millisi itki ilə üzləşib.

"PSJ"nin yarımmüdafiəçisi Yulian Draksler zədələnib. Komandanın baş məşqçisi Hans-Diter Flik federasiyanın mətbuat xidmətinə açıqlamasında Drakslerin əzələsində problem olduğunu bildirib.

Draksler millinin düşərgəsini tərk edərək Parisə qayıdıb. O, DÇ-2022-nin seçmə mərhələsində Ermənistan və Lixtenşteynlə görüşlərdə iştirak etməyəcək. Futbolçunun nə vaxt sıraya dönəcəyi hələlik açıqlanmayıb.