Millimiz Lüksemburqa qarşı
Milli komandalar

Millimiz Lüksemburqa qarşı

  • 2021-11-11

Milli komandamız bu gün DÇ-2022-nin seçmə mərhələsində son oyununa çıxacaq.

Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Bakıda Lüksemburq yığmasını qəbul edəcək. Qrupda cəmi 1 xal toplayan millimiz səfərdə 1:2 hesabı ilə uduzduğu rəqibindən bu dəfə xal almağa çalışacaq.

Qeyd edək ki, yığmamızın qrupu sonuncu pillədə başa vuracağı artıq bəllidir.

Qrupun digər oyununda İrlandiya Portuqaliyanı qəbul edəcək.

11 noyabr

DÇ-2022-nin seçmə mərhələsi 

A qrupu

21:00. Azərbaycan - Lüksemburq

Baş hakim: Manuel Şüttenqruber (Avstriya)

Bakı Olimpiya Stadionu