İtaliya millisində itkilər
- 2021-11-10
"Roma"nın yarımmüdafiəçiləri Nikolo Zanilo və Lorenso Pelleqrini İtaliya yığmasının heyətindən kənarlaşdırılıb.
"Football Italia"a istinadən, hər iki futbolçu zədədən əziyyət çəkir.
Baş məşqçi Roberto Mançini hər iki oyunçunun "Roma"nın düşərgəsinə qayıtmasına qərar verib. Onların əvəzinə milliyə "Latsio"nun yarımmüdafiəçisi Danilo Kataldini dəvət edib.
Qeyd edək ki, İtaliya millisi noyabrın 12-də DÇ-2022-nin seçmə mərhələsində İsveçrə yığmasını qəbul edəcək, üç gün sonra isə səfərdə Şimali İrlandiya yığmasıyla qarşılaşacaq.