Almaniya yığmasında koronavirus şoku
- 2021-11-10
"Bavariya"nın futbolçusu Niklas Züle koronavirusa yoluxub.
"Bild"ə istinadən, 26 yaşlı müdafiəçinin Almaniya yığmasının düşərgəsində verdiyi COVID-19 testinin nəticəsi müsbət çıxıb.
Millinin daha 4 oyunçusu karantinə alınıb.
Qeyd edək ki, Almaniya yığması noyabrın 11-də Lixtenşteyn, noyabrın 14-də Ermənistanla dünya çempionatının seçmə matçlarında üz-üzə gələcək.