Türkiyə millisində ciddi itki
- 2021-11-09
Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində Cəbəllütariq və Monteneqro ilə matçlar öncəsi ciddi itki ilə üzləşib.
Yığmanın futbolçularından Cengiz Ünder zədələnib. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Ünder millinin heyətindən kənarlaşdırılıb. 24 yaşlı yarımmüdafiəçinin əvəzinə "Qalatasaray"dan Barış Alper Yılmaz yığmaya cəlb olunub.
Qeyd edək ki, Türkiyə millisi noyabrın 13-də Cəbəllütariq, 16-da isə Monteneqro ilə qarşılaşacaq.