Poqba zədələndi
- 2021-11-09
Fransa millisinin və "Mançester Yunayted"in futbolçusu Pol Poqba zədələnib.
Bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi yığma komandanın heyətində məşq zamanı sıradan çıxıb. Bu səbəbdən o, millinin DÇ-2022-nin seçmə mərhələsində Qazaxıstan və Finlandiya ilə görüşlərini buraxacaq.
Qeyd edək ki, Fransa yığması noyabrın 13-ü Qazaxıstan, 16-sı isə Finlandiya ilə üz-üzə gələcək.