Almaniya millisində yeni rekord
Milli komandalar

Almaniya millisində yeni rekord

  • 2021-06-20

Almaniya millisinin futbolçusu Kai Haverts yeni rekorda imza atıb.

"Opta"ya əsasən, o, buna ötən gün Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Portuqaliya ilə matçda nail olub. 22 yaşlı yarımmüdafiəçi görüşdə fərqlənməklə millinin Avropa çempionatları tarixində qol vuran ən gənc oyunçusu adını qazanıb.

Qeyd edək ki, sözügedən matç Almaniyanın 4:2 hesablı qələbəsi ilə başa çatıb.