Zədəsi olan Messi milliyə çağırıldı
Milli komandalar

Zədəsi olan Messi milliyə çağırıldı

  • 2021-11-04

"PSJ"nin zədəli futbolçusu Lionel Messi Argentina millisina çağırılıb.

Bu barədə Argentina Futbol Federasiyasının "Tvitter" səhifəsi məlumat yayıb. O, DÇ-2022-nin seçmə mərhələsində Uruqvay (13 noyabr) və Braziliya (17 noyabr) ilə matçlar üçün milliyə dəvət alıb.

Qeyd edək ki, Messi zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda dünən keçirilən "Leyptsiq"lə görüşü (2:2) buraxıb. Onun millinin matçlarına kimi hazır olacağı gözlənilir.