FİFA milli komandanı cəzalandırdı
- 2021-06-19
Fifa Meksika millisini cəzalandırıb.
Bu barədə qurumun İntizam Komitəsi qərar verib. Cəzaya yığmanın azarkeşlərinin səsləndirdiyi şüarlar səbəb olub.
Olimpiya təsnifat turnirinin Dominikan Respublikası və ABŞ-la martda keçirilən görüşlərindəki şüarlar Meksika yığmasına baha başa gəlib. FİFA millinin DÇ-2022-dəki iki ev oyununu azarkeşsiz keçirməsinə qərar verib. Bundan başqa, Meksika Futbol Federasiyası 60 min İsveçrə frankı cərimə də ödəyəcək.
Qeyd edək ki, Meksika millisi sentyabrın 2-də Yamayka, oktyabrın 7-də Kanada ilə ev matçını azarkeşsiz keçirməli olacaq.