FİFA AFFA-nı cərimələdi
- 2021-11-02
FİFA İntizam Komitəsi AFFA-nı cərimələyib.
Buna səbəb Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə oyunu zamanı təhlükəsizlik qaydalarının pozulması olub. Meydana azarkeşlərin daxil olmasına görə milli assosiasiya 5000 İsveçrə frankı məbləğində cərimələnib.
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçirilən matçın sonlarına yaxın 4 nəfər azarkeş meydana girərək, Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeşlə şəkil çəkdiriblər.