DÇ-2022-nin püşkatma mərasiminin tarixi açıqlandı
Milli komandalar

DÇ-2022-nin püşkatma mərasiminin tarixi açıqlandı

  • 2021-10-21

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasiminin tarixi məlum olub. 

Tədbir gələn il aprelin 1-də təşkil olunacaq. Bu barədə ESPN məlumat yayıb. 

Qeyd edək ki, yarışın təsnifat mərhələsi bu il noyabr ayında başa çatacaq. Pley-off mərhələsinin matçlarının növbəti il 24-29 mart tarixlərində keçirilməsi planlaşdırılır. Final mərhələsi isə 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək olacaq.