Millimiz yenə məğlub oldu
- 2021-10-13
Azərbaycan millisi dünən DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Canni de Byazinin rəhbərlik etdiyi yığmamız A qrupunun 8-ci turunda Serbiyanın qonağı olub və 1:3 hesabı ilə uduzub.
Aktivində cəmi 1 xal olan millimizi qrupda sonuncu pillədə qərarlaşıb.
A qrupunun digər matçında Portuqaliya Lüksemburqu qəbul edib və 4:0 hesabı ilə qalib gəlib.
12 oktyabr
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, 8-ci tur
22:45. Serbiya – Azərbaycan - 3:1
Qol: Vlahoviç, 31-pen. (1:0), Emin Mahmudov, 45+2 (1:1), Vlahoviç, 53 (2:1), Duşan Tadiç, 83-pen (3:1)
Baş hakim: Erik Lambrexts (Belçika)
Belqrad, "Rayko Mitiç" stadionu