"Barselona"nın futbolçusu zədələndi
Milli komandalar

"Barselona"nın futbolçusu zədələndi

  • 2021-10-12

"Barselona"nın futbolçusu Ronald Arauxo zədələnib. 

O, Uruqvay millisinin heyətində DÇ-2022-nin seçmə mərhələsində Argentina ilə matçda (0:3) sıradan çıxıb. 22 yaşlı müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı isə məlum deyil.

Qeyd edək ki, Ronald Arauxo 2019-cu ildən "Barselona"da, ötən ildən isə Uruqvay millisində oynayır.