Yussuf Poulsendən 99-cu saniyədə qol
- 2021-06-17
Avropa çempionatları tarixinin ikinci ən sürətli qolu vurulub.
Bu qol Avro-2020-nin B qrupunda davam edən Danimarka - Belçika matçında qeydə alınıb.
Danimarkalı hücumçu Yussuf Poulsen 99-cu saniyəyə hesabı açıb. Buna qədər isə rekord Avro-2004-də Rusiya millisinin üzvü Dmitri Kiriçenkonun qolu idi. O, Yunanıstanla görüşdə 65-ci saniyədə rəqib qapısına yol tapmışdı.